BAKI, 1 iyun. TELEQRAF
Rusiyanın Murmansk vilayətinə pilotsuz uçuş aparatlarının hücumu nəticəsində xəsarət alan və ölən yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Çibis özünün “Telegram” kanalında yazıb.
"Ölən və xəsarət alan yoxdur. Murmansk vilayətində təhlükəsizlik tədbirləri gücləndirilib, buna anlayışla yanaşmağınızı xahiş edirəm", - paylaşımda deyilir.