BAKI, 29 may. TELEQRAF
Türkiyə Nazirlər Kabinetində dəyişiklik gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Türkiyə nəşri yazır ki, hələlik hansı nazirlərin dəyişdiriləcəyini yalnız Prezident Rəcəb Tayyib Ərdoğan bilir.
“Kabinet dəyişikliyinin vaxtının çatdığını söyləyənlər var. Hələlik bu mərhələdə hansı nazirlərin gedəcəyi, hansılarının qalacağı məlum deyil. Bu mərhələdə Prezident Ərdoğandan başqa heç kim heç nə bilmir. Nazirlər Kabinetində dəyişiklik gözlənilir, amma köklü dəyişikliyin olacağı deyilmir. Prezident Ərdoğan məhdud sayda nazirliklərdə dəyişiklik edə bilər. Bunun vaxtını Ərdoğan təyin edəcək”, - məlumatda deyilir.
“Hürriyet” parlament sədrinin mümkün dəyişdirilməsinə də diqqət çəkib:
“Parlament sədri Numan Kurtulmuşla yola davam ediləcək. Kurtulmuşun MHP sədri Dövlət Baxçalı ilə görüşünün də müsbət keçdiyi bildirilir. AK Partiya fraksiyası sabah Kurtulmuşu parlament sədrliyinə namizəd göstərəcək. Kurtulmuş çox təcrübəli siyasətçi və ziyalıdır, uğurlu parlament sədridir”.