BAKI. 28 may. TELEQRAF

Ukrayna daha bir il müharibə apara bilməyəcək, buna görə də Kiyev münaqişənin 2026-cı ilədək başa çatacağına ümid edir.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Ukrayna daha bir il müharibə etmək istəmir, bu, bizim üçün çox uzun müddətdir", - Ukrayna lideri bildirib.

Bununla belə, o, Rusiyaya qarşı sanksiyaların təsirinin 2026-cı ilin yayına qədər hiss olunacağına əminliyini ifadə edib.