BAKI, 15 noyabr. TELEQRAF

Tallinn 2026-cı il dekabrın 1-dən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin fəaliyyətini dayandırmaq niyyətində olduğunu Finlandiya, Latviya və Litvaya da bildirib.

Teleqraf xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna “X” sosial şəbəkəsindəki paylaşımında açıqlayıb.

“Estoniya dekabrın 1-dən Rusiya-Estoniya sərhədindəki bütün keçid məntəqələrini bağlayacaq. Bu barədə Finlandiya, Latviya və Litvadakı həmkarlarımı məlumatlandırmışam”, – nazir bildirib.