BAKI, 15 noyabr. TELEQRAF
NATO blok daxilində hərbi xərclər, İran və Ukraynadakı müharibələrlə bağlı artan fikir ayrılıqları səbəbindən 2027-ci ildə Albaniyada nəzərdə tutulan növbəti sammitini ləğv edəcək.
Teleqraf "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir ki, Albaniyanın Baş naziri Edi Rama sammitin vaxtı ilə bağlı hələlik ortaq mövqeyin olmadığını, lakin tədbirin 2027-ci ildə keçirilməyəcəyini, 2028-ci ildə baş tutacağı halda isə Tiranada təşkil olunmalı olduğunu deyib.
NATO-nun Baş katibi Mark Rütte isə birbaşa cavabdan yayınaraq alyansın sammitləri zərurət yarandıqda keçirdiyini bildirib.
Daha əvvəl "Politico" nəşri alyansın ABŞ Prezidenti Donald Trampla yeni gərginlikdən çəkindiyi üçün sammiti blokda ən aşağı hərbi xərclərə malik ölkədə — 2025-ci ildə müdafiəyə ÜDM-in 1,48 faizini ayıran Albaniyada keçirmək istəmədiyini yazmışdı.