BAKI, 14 may. TELEQRAF
Ukrayna münaqişəni həlli etmək üçün İstanbulda istənilən formatda danışıqlara hazırdır.
Teleqraf xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Biz görüşlərdən qorxmuruq", - o qeyd edib.
Zelenski həmçinin qarşıdakı həftənin danışıqların gedişində həlledici ola biləcəyini bildirib.
"Bu həftə həqiqətən çox şey dəyişə bilər... İndi hələ ki, bütün bunlar həll olunur", - o deyib.