BAKI, 1 aprel. TELEQRAF

Serbiya və Macarıstan 2025-ci il üçün müdafiə sektorunda strateji əməkdaşlığa aydınlıq gətirib, Belqrad və Budapeşt arasında hərbi ittifaqın yaradılmasını tezləşdirmək üçün maksimum sayda birgə tədbirlərin keçirilməsi planlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib.

“Serbiya və Macarıstan Müdafiə nazirlikləri 2025-ci il üçün hərbi təlimlər də daxil olmaqla, 79 birgə tədbir planlaşdırıb ki, bu da 2023-cü ildəki 48-ə nisbətdə rekord göstəricidir. Birgə fəaliyyətlə bağlı bu saziş Serbiya və Macarıstan arasında hərbi ittifaqın daha sıx qurulmasına töhfə verəcək”, - Vuçiç bildirib.

Macarıstan müdafiə naziri Kristof Salay-Bobrovnicki ötən həftə Serbiyada səfərdə olub və bu ölkədən olan həmkarı Bratislav Qaşiçlə görüşüb. Macarıstan müdafiə naziri Serbiya prezidenti tərəfindən qəbul edilib. Vuçiçin iştirakı ilə nazirlər 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planını və Serbiya ilə Macarıstan arasında müdafiə sahəsində strateji əməkdaşlığın həyata keçirilməsinə dair sənədi imzalayıblar.