
BAKI, 23 mart. TELEQRAF
Almaniyada ifrat sağçı qruplar Berlində nümayiş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə yerli “Zeit” qəzeti məlumat yayıb.
Məlumata görə, aksiya zamanı onlarla nümayişçi polis tərəfindən saxlanılıb.
Sağçı radikalların aksiyası “Qanun və asayiş naminə. Solçu ekstremizmə və siyasi motivli zorakılığa qarşı” şüarı ilə keçirilib.