
BAKI, 16 mart. TELEQRAF
"Belqradda polis 22 etirazçını həbs edib".
Teleqraf "RTS" nəşrinə istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib.
Dövlət başçısı əlavə edib ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazçıların sayı 107 min nəfərə yaxın olub.
Bundan başqa keçirilən etiraz aksiyaları zamanı 56 nəfər yaralanıb.
Qeyd edək ki, aksiyalara səbəb 2024-cü ilin noyabrında Novi Sad qatar stansiyasında 15 nəfərin ölümünə səbəb olan tavanın uçması olub. Tələbələr və siyasi müxalifət onun tikintisi zamanı hakimiyyətin korrupsiyaya yol verdiyini iddia ediblər və etiraz olaraq müntəzəm mitinqlər keçiriblər.