BAKI, 16 mart. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Parisin Kiyevə əlavə "Mirage 2000" qırıcıları göndərməsini təklif edib.

Teleqraf xəbər verir ki, Fransa lideri çatdırılmaların üçüncü ölkələrdən edilə biləcəyini bildirib.

Ukrayna Silahlı Qüvvələrinin “Mirage 2000”nin üstünlükləri barədə bəyanatı ilə tanış olduğunu deyən Makron Kiyevə yeni qırıcıların göndərilməsini istisna etməyib.