
BAKI, 14 mart. TELEQRAF
Almaniya Konstitusiya Məhkəməsi Bundestaq seçkilərinin nəticələrinin nəzərdən keçirilməsindən imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, sol partiya olan "Sara Vaqenknext Alyansı" Almaniya Konstitusiya Məhkəməsinə Bundestaqa keçirilən son seçkilərin nəticilərinin yenidən nəzərdən keçirilməsi barədə müraciət edib.
Xatırladaq ki, Almaniyada Bundestaqa seçkilər fevral ayında keçirilib. Seçkilərdə mühafizəkar CDU/CSU blokunun namizədi Fridrix Merz qalib gəlib və Almaniyanın yeni kansleri seçilib. Radikal baxışları və anti-immiqrasiya ritorikasına görə bütün əsas partiyaların artıq koalisiya qurmaqdan imtina etdiyi sağçı Almaniya üçün Alternativ partiyası tarixi nəticə ilə ikinci yeri tutub.