
BAKI, 7 mart. TELEQRAF
Belçika höküməti Ukrayna Prezidenti Volodimir Zelenskinin Brüsselə səfəri zamanı ona 1 milyard avro dəyərində hərbi yardım təklif edib.
Teleqraf xəbər verir ki, bunu ölkənin müdafiə naziri Teo Franken "VRT" radiosuna müsahibəsində deyib.
Yardım paketinə 155 mm-lik mərmilər, hava hücumundan müdafiə sistemi və F-16 qırıcıları daxildir. Frankenin sözlərinə görə, Zelenski təklifi qəbul edib, eyni zamanda əlavə dəstək istəyib.
"Belçika daha çox şey edə bilər, lakin bunun üçün hökumətdə müzakirələr lazımdır", - nazir qeyd edib.