BAKI, 6 mart. TELEQRAF

Sülh Ukraynanın təslim olması və ya parçalanması demək deyil.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Sülh ədalətli, etibarlı və davamlı olmalıdır və buna yalnız Ukrayna, Avropa və bütün dünya üçün güclü və uzunmüddətli təhlükəsizlik zəmanəti veriləcəyi halda nail olmaq olar”, - dövlət başçısı vurğulayıb.