
BAKI, 2 mart. TELEQRAF
"Kişilərin səngərdə öldüyü bir vaxtda Avropa İttifaqı ( Aİ ) liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski dəbdəbəli şam yeməyi təşkil edirlər".
Teleqraf xəbər verir ki, bunu amerikalı sahibkar və ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask "X" sosial şəbəkəsində yazıb.
O qeyd edib: “Kişilərin səngərdə öldüyü bir vaxtda Avropa İttifaqı liderləri və Zelenski dəbdəbəli şam yeməyi təşkil edirlər. Neçə valideyn oğullarını bir daha görməyəcək. Neçə uşaq valideynini bir daha görməyəcək."
Xatırladaq ki, bu gün Londonda Ukrayna mövzusunun müzakirə olunacağı beynəlxalq təhlükəsizlik sammiti başlayıb.