BAKI, 2 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə Amerika Prezidenti Donald Tramp qarşısında etdiyi çıxış Avropa üçün ciddi nəticələrə səbəb olacaq.

Teleqraf xəbər verir ki, bunu Braziliya Prezidenti Luiz İnasio Lula da Silva deyib.

"Mən diplomat deyiləm, amma diplomatiyaya inanıram. Diplomatiya yaradıldığından bəri heç vaxt, Ağ Evdəki gördüyümüz qədər hörmətsiz bir səhnə olmamışdı," – deyə o, qeyd edib.

Braziliya lideri bildirib ki, Avropa İttifaqı Ukraynanın bərpası üçün məsuliyyət daşıyacaq.