
BAKI, 2 mart. TELEQRAF
Avropa Komissiyası enerji təhlükəsizliyi üzrə Macarıstana verildiyi zəmanətləri pozub və bu, Ukrayna ilə bağlı qərarların qəbulunda nəzərə alınacaq.
Teleqraf xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ünvanladığı məktubda deyib.
XİN başçısı bildirib ki, Brüssel tərəfindən Macarıstana verilmiş dörd enerji təhlükəsizliyi zəmanətindən ikisi pozulub:
"Bunlardan biri Rusiya qazının Ukrayna ərazisi vasitəsilə Mərkəzi Avropaya tranzitinin bərpası ilə bağlı müzakirələrə Budapeştin nümayəndələrinin dəvət olunmaması məsələsidir, halbuki bu, əvvəlcədən verilən bir vəd idi. İkincisi, Avropa Komissiyası zəmanət vermişdi ki, Ukrayna, Avropa İttifaqına enerji daşıyıcıları tədarük edən infrastruktur obyektlərini hədəf almayacaq. Lakin, təəssüf ki, 28 fevralda Ukrayna, "Türk axını" qaz kəmərinin Rusiya kompressor stansiyasına PUA ilə zərbə endirdi.”
Siyarto Macarıstanın mövqeyinin bu məsələlərə əsasən müəyyən ediləcəyini və Ukrayna ilə bağlı qərarlarda nəzərə alınacağını vurğulayıb.