BAKI, 2 mart. TELEQRAF
Son sutkada Ukrayna Silahlı Qüvvələri Kursk istiqamətində 240-dan çox itki verib.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatına görə, Ukrayna ordusuna məxsus 2 zirehli transportyor, 15 döyüş maşını, 17 avtomobil, ABŞ istehsalı olan 2 "Paladin" özüyeriyən artilleriya qurğusu, bir artilleriya silahı və bir minaatan zərərsizləşdirilib.
Bundan başqa dörd PUA idarəetmə məntəqəsi və bir sursat anbarı da vurulub. Məlumatda Ukraynanın altı hərbçisinin əsir götürüldüyü bildirilib.