
BAKI, 2 mart. TELEQRAF
Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında Ukraynanın Kramatorsk şəhərinə artilleriya hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə şəhər meri Oleksandr Qonçarenko bildirib.
O qeyd edib ki, hücumun nəticəsində 2006-cı il təvəllüdlü yeniyetmə vəfat edib. Yaralananlar arasında bir kişi və bir qadın da var.
Ukraynanın hava hücumundan müdafiə qüvvələri gecə ərzində Rusiyanın 79 dronundan 63-nü zərərsizləşdirib.
Eyni zamanda, Zaporojye şəhərinə edilən dron hücumu nəticəsində bir mülki şəxs yaralanıb. Hücumun ardından yaşayış binasında yanğın baş verib. Yanğından sonra iki nəfər dağıntılar altından xilas edilib. Fövqəladə Hallar Nazirliyi isə partlayışın yaxınlıqdakı evlərə də ziyan vurduğunu və bir neçə nəfərin evsiz qaldığını açıqlayıb.