BAKI, 2 mart. TELEQRAF
Moskvanın Boqorodski qəsəbəsində plastik məmulatların saxlanıldığı anbarda yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Yanğının sahəsi 7 min kvadratmetrə qədər artıb", - məlumatda qeyd olunur.
Yanğının söndürülməsinə 76 nəfər canlı qüvvə və 26 texnika cəlb olunub.
Ölən və yaralananlar barədə məlumat verilmir.