
BAKI, 24 fevral. TELEQRAF
Genişmiqyaslı işğalın başlamasından üç il sonra Ukrayna Prezidenti Volodimir Zelenski ən böyük qorxusu - ABŞ-nin dəstəyi olmayan müharibə ilə üz-üzə qaldı.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazır.
“Zelenski çox çətin siyasi döyüşlə üz-üzədir, onu çox çətin mübarizə gözləyir. Məsələ artıq dünyanı necə ruhlandırmaqda deyil, onu necə Ukraynanın tərəfində saxlamaqdır. Ölkənin gələcəyinin tarazlıqdan asılı olduğu bir vaxtda prezident olan aktyor özünü başqa tipli bir tamaşada tapıb – yenidən canlanan Trampın onun üçün ssenarisini təzədən yazdığı tamaşada”, - Britaniya nəşri bildirir.
Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak FT-yə deyib ki, ABŞ-nin yeni administrasiya ilə sıx əlaqələr qurmaq asan deyil.