BAKI, 20 sentyabr. TELEQRAF
Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə birlikdə ifa etdiyi “Nəyindən narahatsan” adlı duet barədə danışıb.
Alim Qasımov Teleqraf-a açıqlamasında bildirib ki, duet təklifi Üzeyir Mehdizadədən gəlib.
“Üzeyir Mehdizadə məni dəvət etdi. Mahnını dinlədim, söz və musiqisi xoşuma gəldi. Ona görə mahnını birlikdə duet oxumaq qərarına gəldik”,- deyə Alim Qasımov bildirib.
Xalq artisti mahnının dinləyicilər tərəfindən necə qarşılanacağı ilə bağlı isə bunun zövq məsələsi olduğunu deyib:
“Mahnının insanlar tərəfindən necə qarşılanacağına gəlincə, artıq o işlərə qarışmıram. Mahnı seçimi zövq məsələsidir. Burada min narazı, min razı fikir ola bilər”.