BAKI, 24 fevral. TELEQRAF
ABŞ və Rusiya arasında əldə edilən anlaşmalar Avropa İttifaqı (Aİ) və Ukrayna tərəfindən dəstəklənməyincə nəticə verməyəcək.
Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas deyib.
“Avropa və Ukrayna da bu anlaşmalara razı olmalıdır, əks halda onlar işləməyəcəklər”, - Kallas bildirib.