BAKI, 21 fevral. TELEQRAF

Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri arasında keçiriləcək prezidentliyə namizədliklə bağlı ilkin seçkilərə namizəd kimi qatılacaq.

Teleqraf xəbər verir ki, artıq bələdiyyə sədrinin vəkili bununla bağlı partiyanın aidiyyəti qurumuna müraciət edib.

Ötən həftə CHP-dən 21 bələdiyyə sədri İmamoğlunu prezidentliyə namizədliyini irəli sürməyə çağırmışdı.

Prezidentliyə namizəd olmaq üçün azı 20 deputatın imzası tələb olunurdu. Bildirilib ki, indiyədək 100-dən çox deputat İmamoğlunun namizədliyi üçün imza atıb.

Qeyd edək ki, CHP-də ilkin səsvermə martın 23-də keçiriləcək.

Erkən seçki qərarı olmasa, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə baş tutacaq.