
BAKI, 20 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski artıq Rusiyayla münaqişənin həlli üçün sazişin şərtlərini diktə edə bilməz.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Prezidenti Donald Trampın keçmiş müşaviri Steve Bannon bildirib.
“Volodimir Zelenski artıq sona çatıb. Təbii ki, əgər o, Rusiyayla sazişin şərtlərini qəbul etməyə qərar verərsə, onu məmnuniyyətlə qəbul edəcəklər. Amma artıq onun şərtləri diktə etməyə gücü qalmayıb", - o qeyd edib.