BAKI, 18 fevral. TELEQRAF

Avropa İttifaqı (Aİ) ölkələrinin siyasi elitaları sanki vəhşiləşiblər, bütün ədəb normalarını bir kənara atıblar.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Son günlər rusofob Avropa siyasi elitaları sanki dəli olub, bütün ədəb normalarını bir kənara atıblar və Ukrayna böhranının diplomatik yollarla həllinə dair substantiv müzakirə üçün yaranan mümkün konturlardan imtina etdiklərini açıq şəkildə bildirirlər. Nifrət və qəzəbləri onları məhv edir. Belə bir siyasət bütün Avropa qitəsinin real maraqlarına zidd olsa da, Brüssel diqqətini hərbi həll yoluna yönəltmək niyyətindədir”, - diplomat qeyd edib.