BAKI, 15 fevral. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens tezliklə Avropadakı Amerika qoşunlarını geri çəkilməsini elan edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransının rəhbəri Kriştof Xoysqen bildirib.

Onun sözlərinə görə, ABŞ qoşunlarının təxminən 20 faizi Avropadan çıxarılacaq. Bu addım Vaşinqtonun Avropanı qorumaq öhdəliyini yenidən nəzərdən keçirmək çərçivəsində atılacaq.