BAKI, 9 fevral. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın Ukraynaya "Mirage 2000" qırıcılarını göndərməsini Qərb üçün vəziyyəti daha da mürəkkəbləşdirən addım kimi qiymətləndirib.

Teleqraf "RİA Novosti"yə istinadən xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Kiyev Qərbdən getdikcə daha çox silah və maliyyə yardımı tələb edir.

O bildirib ki, NATO ölkələri Kiyevin tələbləri qarşısında yeni hərbi yardımlar göndərməyə məcbur olur və bununla da özlərini çətin vəziyyətə salırlar.

Qeyd edək ki, fevralın 6-da Fransanın müdafiə naziri Sebastyan Lekornu "Mirage 2000" qırıcılarının ilk partiyasının artıq Ukraynaya çatdırıldığını açıqlayıb. O bildirib ki, ukraynalı pilotlar bir neçə ay Fransada təlim keçib və bu təyyarələr artıq döyüş əməliyyatlarında iştirak edəcək.