FÜZULİ, 26 iyul. TELEQRAF
Qarabağ iqtisadi zonasında yerləşən Füzuli Beynəlxalq Hava Limanında “Aerokosmik Modelçilik Festivalı 2026” keçirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, tədbirin açılış mərasimində çıxış edən A.Gezeravcı aerokosmik sahənin inkişaf perspektivlərindən, gənclərin innovativ düşüncəsinin təşviqindən və festivalın elmi-texniki yaradıcılığın inkişafına verdiyi töhfədən danışıb.
Alper Gezeravcı tədbirdəki çıxışı zamanı gənclərin fəallığına da toxunub:
"İlk addımlarını atdıqları və gələcəkdə ölkələrini təmsil edəcək iştirakçıların çıxışına şahidlik etməkdən qürur duyuram".
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, Milli Aviasiya Akademiyası və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə dördüncü dəfə keçirilən festivalın məqsədi raket və peyk modelçiliyinin inkişafına, gənclərdə innovativ düşüncə tərzinin formalaşdırılmasına və texniki yaradıcılığın təşviqinə dəstək verməkdir.