![](https://teleqraf.az/storage/2025/02/09/715x378/_(4).jpg)
BAKI, 9 ferval. TELEQRAF
Parisin havasında qurğuşun miqdarının yüksəldiyi aşkarlanıb.
Teleqraf xəbər verir ki, bunu şəhərin 12-ci dairəsində yerləşən tarixi meriya binasındakı yanğınla bağlayırlar.
Belə ki, yanvarın 27-nə keçən gecə meriyada baş verən yanğından sonra regional səhiyyə idarəsinin mütəxəssisləri binanın ətrafında 40 müxtəlif yerdən, o cümlədən uşaq bağçalarından, məktəblərdən və küçələrdən hava nümunələri götürüblər.
Qeyd edilir ki, "12-ci rayon meriyasının ətrafında xüsusilə körpə uşaqlar və hamilə qadınlar üçün zərərli olan qurğuşun səviyyəsi aşkar edilib".
Bu səbəbdən iki uşaq bağçasının işi dayandırılıb. Bazar ertəsi, fevralın 10-da yerli hakimiyyət orqanları problemi müzakirə etmək üçün iclas keçirəcək.