![](https://teleqraf.az/storage/2025/02/09/715x378/london.jpg)
BAKI, 9 fevral, TELEQRAF
Londonda Çin səfirliyinin tikintisinə qarşı etiraz aksiyaları keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb.
Binanın tikintisi nəzərdə tutulan ərazinin yaxınlığında mindən çox insan toplaşıb.
Jurnalistlər etirazçılar arasında Böyük Britaniyada yaşayan çoxlu honqkonqlunun da olduğunu qeyd ediblər. Əslən Çindən olan bu şəxslər səfirliyin onlara siyasi nəzarət üçün istifadə olunacağından narahatdırlar.
Bundan əvvəl qərb mediası Britaniya hakimiyyətinin Pekinlə uzunmüddətli mübahisələrdən sonra Londonda yeni Çin səfirliyinin açılmasına icazə verə biləcəyini yazırdı. Onun Avropadakı ən böyük Çin diplomatik missiyasına çevriləcəyi də vurğulanırdı.