![](https://teleqraf.az/storage/2025/02/09/715x378/vuic.jpg)
BAKI, 9 fevral. TELEQRAF
Serbiya Prezidenti Aleksandr Vuçiçin başına maraqlı hadisə gəlib.
Teleqraf xəbər verir ki, Prezident özü bu barədə “TV İnformer”-in efirindən bildirib.
Hadisə onun ölkənin şimalına səfəri zamanı baş verib. Serbiya Prezidenti Aleksandr Vuçiçin olduğu avtomobil qəzaya düşüb: avtomobili tam sürətlə idarə edərkən təkər partlayıb və yerindən çıxıb. Siyasətçi xəsarət almadığını və Mokrin kəndində başqa maşına keçdiyini bildirib.
Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videodan görünür ki, avtomobil dayandıqdan sonra Vuçiç mühafizəçiləri ilə birlikdə ona baxış keçirmək üçün maşından düşüb.
Siyasətçi onu da əlavə edib ki, bu kiçik insidentə görə hay-küy qopmasını istəməyib.