BAKI, 9 fevral. TELEQRAF

Böyük Britaniyanın Baş naziri Kir Starmer səhiyyə nazirinin müavini Endrü Qvini işdən çıxarıb.

Teleqraf xəbər verir ki, Starmer onun Leyboristlər Partiyasından da uzaqlaşdırılmasını əmr edib.

"Daily Mail"-in yazdığına görə, Qvinin işdən çıxarılmasına səbəb messencerdə irqçi və seksist ifadələr işlətməsi olub.

Mətndə deyilir: "The Mail on Sunday" qəzeti onun irqçi və seksist yazışmalarını ifşa etdikdən sonra naziri işdən çıxarılıb".
Bundan başqa, Qvin antisemit ifadələr də işlədib.

Bildirilir ki, Qvin 2019-cu ildən messencer qrupunun üzvü olub və burada irqçi və seksist bəyanatlar verib. Məsələn, nazir müavini ona zibil qutuları probleminə görə müraciət edən qadına “erkən ölüm” arzulayıb.