BAKI, 8 fevral, TELEQRAF

Münhendə (Almaniya) 200 mindən çox insan sağçı partiyalara qarşı nümayişdə iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildiriblər.

Aksiya iştirakçıları sağçı Almaniya üçün Alternativ partiyasına qadağa qoyulmasını istəyirlər.

Bu gün Almaniyanın digər şəhərlərində də etiraz aksiyaları keçirilib. Reynland-Pfalts və Hessen federal əyalətlərinin bir çox şəhərində sağçılara qarşı nümayişlərdə 25 minə yaxın insan iştirak edib.