BAKI, 8 fevral. TELEQRAF

Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə məhkəmənin qərarına uyğun olaraq elektron qolbaq taxılıb.

Teleqraf xəbər verir ki, bu barədə Paris prokurorluğu məlumat yayıb.

Ev dustağı olan Sarkozi başqa bir iş üzrə mühakimə olunduğu üçün bazar ertəsi, çərşənbə və cümə axşamı günləri saat 08:00-21:30 arasında evini tərk edə biləcək.

O, qanunsuz dinləmə, səlahiyyətlərindən sui-istifadə və istintaq sirrini pozmaqda təqsirli bilinir.