BAKI, 7 fevral. TELEQRAF

Rusiya ordusu Ukrayna müharibəsində nəqliyyat vasitəsi kimi eşşəklərdən istifadə etməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın teleqram kanalları məlumat yayıb.

Bəzi rus kanalları da iddianı təsdiqləyərək eşşəklərin son dövrlərdə rus ordusunun təchizat bölmələrinə cəlb olunduğunu bildirir.

Rusiya Dövlət Dumasının deputatı, istefada olan general-leytenant Viktor Sobolev rus ordusunun cəbhə xətti boyu logistik çətinliklərlə üzləşdiyini bildirib: "Bu vəziyyətdə yükləri daşımaq üçün yük heyvanlarının istifadəsində qeyri-adi heç nə yoxdur. Eşşəklərin ölməsi daha yaxşıdır, nəinki yük daşıyan insanların".