BAKI, 7 fevral.TELEQRAF

Federal Təhlükəsizlik Xidməti əməkdaşları Sevastopol, Voronej və Rostov-Donu şəhərlərində Ukrayna xüsusi xidmət orqanları tərəfindən casusluq etmək üçün cəlb edilmiş dörd qadın agenti saxlayıblar. Onlar yüksək rütbəli Rusiya hərbçilərinə qarşı terror aktları törətmək və enerji infrastruktur obyektlərində diversiyalar həyata keçirmək üçün təlim alıblar.

Teleqraf xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Sevastopol, Voronej və Rostov-Donu şəhərlərində Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinə və enerji infrastruktur obyektlərinə qarşı diversiya və terror aktları törətmək üçün Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş dörd qadın agentin fəaliyyətinin qarşısı alınıb”,- məlumatda deyilir.