BAKİ, 6 Fevral,TELEQRAF

Böyük Britaniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatın akkreditasiyasını ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Biz Rusiya səfirini Andrey Kelini yüksək rütbəli Britaniya məmuru ilə görüşə çağırdıq ki, diplomatın akkreditasiyasını geri alaq. Bu addım, keçən il Rusiya Xarici İşlər Nazirliyinin Moskvada Britaniya diplomatı ilə bağlı akkreditasiyanı geri almaq qərarına cavab olaraq atılıb”,- bəyanatda deyilir.