BAKI, 19 noyabr. TELEQRAF
“Müasir dünyada böyük dövlətlərin əməkdaşlığı seçim məsələsi deyil, zərurətdir”.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Şençjendə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşdə bəyan edib.
“Müasir dünyada hamımız bir-birimizlə sıx bağlıyıq. Mən tez-tez deyirəm ki, bəşəriyyət vahid qlobal kənddə yaşayır - bizi ortaq tale birləşdirir. Hər birimizin rifahı da, üzləşdiyi fəlakətlər də hamıya təsir edir. Bu qlobal kənddə böyük dövlətlərin üzərinə xüsusi məsuliyyət düşür. Onların konstruktiv qarşılıqlı fəaliyyəti seçim məsələsi deyil, zəruri tələbatdır”, - Si Cinpin bildirib.