BAKI, 29 oktyabr. TELEQRAF
Çin Kommunist Partiyası (ÇKP) XXI qurultayını 2027-ci ilin ikinci yarısında keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə ÇKP-nin XX çağırış Mərkəzi Komitəsinin beşinci plenumunun yekun bəyanatında bildirilib.
Sənəddə deyilir: “Plenum qərara alıb ki, Çin Kommunist Partiyasının XXI qurultayı 2027-ci ilin ikinci yarısında Pekində keçiriləcək”.
ÇKP qurultayları beş ildə bir dəfə keçirilir və Çinin siyasi həyatında ən mühüm hadisə hesab olunur. Qurultaylarda ölkə rəhbərliyi ən vacib qərarları qəbul edir.
Bundan əlavə, qurultayda ÇKP Mərkəzi Komitəsinin yeni tərkibi seçilir. Mərkəzi Komitə qurultaylar arasındakı dövrdə plenumlar keçirir. Mərkəzi Komitə Siyasi Büronun və Daimi Komitənin yeni tərkibini də seçir.