BAKI, 28 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə 2027-ci il yanvarın 1-dən ölkədə minimum əməkhaqqının 85 min təngədən 110 min təngəyə (təxminən 240 dollar) qaldırılmasını tapşırıb.

Teleqraf xəbər verir ki, bununla ölkədə minimum əməkhaqqının təxminən 29,4 faiz artırılması nəzərdə tutulur.

“Biz minimum əməkhaqqının məbləğini mərhələli şəkildə artırmağa davam edəcəyik. Hökumətə minimum əməkhaqqını 85 min təngədən 110 min təngəyə qaldırmağı tapşırıram. Bu, gələn il yanvarın 1-dən etibarən həyata keçirilməlidir”, - Tokayev Qurultayda Qazaxıstan xalqına illik müraciəti zamanı bildirib.

Prezident qeyd edib ki, artım təxminən 1,8 milyon insanın gəlirlərinin yüksəlməsinə səbəb olacaq.