BAKI, 31 oktyabr. TELEQRAF
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətində raket yanacağı istehsalı müəssisəsinə dronlar və “Neptun” raketi zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna ordusu Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən Rusiyanın hərbi-sənaye kompleksinə aid “Kamenski” kombinatını hədəfə alıb. Zərbələr kompleks xarakter daşıyıb. Əməliyyata zərbə dronları və “Neptun” raket komplekslər cəlb olunub.
Hazır məhsulların saxlandığı anbarda yanğın baş verdiyi təsdiqlənib. Həmçinin müəssisənin dörd istehsal sexinə ziyan dəyib.
“Kamenski” kombinatı “Uraqan”, “Smerç” və “Tornado-S” yaylım atəşli reaktiv sistemlərinin döyüş sursatları, eləcə də bir sıra raket sistemləri və aviasiya zərbə vasitələri üçün bərk raket yanacağı istehsal edir.
Bundan əlavə, Rusiya ordusuna məxsus dörd maddi-texniki təchizat anbarının da vurulduğu bildirilir. Həmin anbarlar Ukraynanın Donetsk, Zaporojye və Luqansk vilayətlərində yerləşib.