BAKI, 28 oktyabr. TELEQRAF

Qazaxıstanın ilk atom elektrik stansiyası (AES) “Balxaş”ın tikintisinə 2027-ci ildə başlanıla, həmçinin ikinci AES “Moyınkum”un inşasına başlamaq üçün saziş imzalana bilər.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qurultayın iclasında xalqa illik müraciəti ilə çıxış edərkən məlumat verib.

“Hesab edirəm ki, gələn il “Balxaş” AES-in tikintisinə başlamaq mümkün, hətta zəruri ola bilər”, - o vurğulayıb.

Tokayevin fikrincə, 2027-ci ildə “Moyınkum” AES-in tikintisinə mümkün qədər tez başlamaq məqsədilə kompleks əməkdaşlıq haqqında saziş də imzalamaq olar.

“Balxaş” AES layihəsi Rusiyanın “Rosatom” şirkətinin iştirakı ilə həyata keçirilir.