BAKI, 30 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi qismində qoşulması və ya "TDT+" formatında iştirakına müsbət yanaşmağı təklif edib.

Teleqraf xəbər verir ki, o, bu təşəbbüsü TDT-nin 13-cü sammitində çıxışı zamanı irəli sürüb.

Tokayev bildirib ki, Rusiya əsrlər boyu türk dünyası ilə sıx əlaqələr saxlayıb və ölkə ərazisində çoxsaylı türk xalqlarının nümayəndələri yaşayır:

"Moskvanın "Altay – türk sivilizasiyasının beşiyi" layihəsini irəli sürməsi də bu əlaqələrin göstəricisidir". Qazaxıstan lideri Rusiyanın təşkilata qoşulmasının bütün üzv dövlətlər üçün faydalı ola biləcəyini qeyd edib.

O, həmçinin təşkilatın 2027–2031-ci illər üzrə strategiyasının qəbulunun sürətləndirilməsinə və Türk İnvestisiya Fondunun imkanlarından daha fəal istifadəyə çağırıb.