BAKI, 31 oktyabr. TELEQRAF
Küveyt Silahlı Qüvvələri noyabrın 1-5-də ölkənin cənubunda hərbi təlimlər keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Küveyt ordusunun Baş Qərargahı məlumat yayıb.
Qurum ölkə vətəndaşlarına müraciət edərək təlimlərin real döyüş sursatları ilə keçiriləcəyini açıqlayıb.
Bəyanatda təlimlərin keçiriləcəyi dəqiq ərazi, iştirak edəcək hərbi bölmələr və istifadə olunacaq silahların növü barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, hərbi təlimlər ABŞ və İrana arasında gərginliyin yenidən artması fonunda baş verir. MS NOW telekanalının üç ərəb ölkəsinin yüksək vəzifəli rəsmilərinə istinadla verdiyi məlumata görə, ABŞ regional müttəfiqlərini İrana qarşı mümkün yeni hücum dalğasına hazır olmağa çağırıb.