BAKI, 29 oktyabr. TELEQRAF
Ukrayna Rusiyanın Başqırdıstan Respublikasında hərbi-sənaye kompleksi üçün məhsullar istehsal edən ən böyük kimya müəssisələrindən birinə dronlarla zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.
Bildirilib ki, dronların hədəfi Başqırdıstan Soda Şirkətinin (BSŞ) zavodu olub. Hücumdan sonra müəssisədə yanğın baş verib.
BSŞ Rusiyanın ən böyük kimya komplekslərindən biridir. Müəssisə ölkədə kalsinasiya sodası və qida sodasının istehsalına görə birinci yeri tutur.
Müəssisə hərbi zavodları xlorid turşusu və 1,2-dixloretanla təmin edir. Həmçinin müəssisə Rusiyada tereftaloil xloridin yeganə istehsalçısıdır.