BAKI, 30 oktyabr. TELEQRAF
“Rusiya Prezidenti Vladimir Putin həm Fransa Prezidenti Emmanuel Makron, həm də Almaniya Kansleri Fridrix Mertslə telefonla danışmağa hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov yerli mediaya deyib.
Makron və ya Mertsin Putinə zəng etsəydi nə olacağı soruşulanda Peskov belə cavab verib: “O, telefonu götürəcək. O, hər kəslə dialoqa açıqdır”.