BAKI, 31 oktyabr. TELEQRAF
Manamada Bəhreyn və İordaniya arasında Birgə Ali Komitənin 23-cü iclası keçirilib.
Teleqraf xəbər verir ki, toplantı Bəhreyn Müdafiə Qüvvələrinin Baş Qərargahında baş tutub.
İclasda Bəhreyn Baş Qərargah rəisinin əməliyyatlar üzrə müavini Qanim İbrahim əl-Fədalə və İordaniya Silahlı Qüvvələrinin baş müfəttişi Əbdüssəlam İbrahim Abdullah əl-Mömin müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib.
Tərəflər iki ölkənin silahlı qüvvələri arasında hərbi əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi məqsədilə protokol imzalayıblar.