BAKI, 31 oktyabr. TELEQRAF
İranın Qəşm adasının sakinlərinə məxsus iki balıqçı qayığı dron tərəfindən hücuma məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın “Fars” informasiya agentliyi məlumat yayıb.
Qeyd olunub ki, hücum nəticəsində iki balıqçı itkin düşüb, daha ikisi isə yaralanıb. Hadisə Qəşm adasından 25 kilometr cənubda baş verib. Yaralılar adaya aparılıb. İtkin düşənlərin axtarışı davam edir.