BAKI, 11 avqust. TELEQRAF
“Avropa İttifaqı (Aİ) Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələri reallaşması mümkün olmayan vədlərlə bir-birindən ayırmağa çalışır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin yerli mediaya deyib.
“Avropa İttifaqı müxtəlif platformalarda bizi bir-birimizdən ayırmaq, aramızdakı məsafəni uzatmaq üçün səylər göstərir, bu, faktdır. Aİ komissarları ayrı-ayrı ölkələrə gedərək, böyük ehtimalla heç vaxt yerinə yetirilməyəcək şeyləri reklam edir, vədlər verirlər. Ola bilsin, məhz bütün bu vədlər bizim qarşılıqlı fəaliyyətimizi pozmağa yönəlib”, - o bildirib.
Pankin qeyd edib ki, buna görə də hazırda əsas vəzifə, xüsusilə Ermənistan rəhbərliyinin mövqeyini nəzərə alaraq, inteqrasiya prosesinin pozulmasına yol verməməkdir. Diplomat xatırladıb ki, İrəvan 2025-ci ildə Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun qəbul etdikdən sonra Brüssellə yaxınlaşma kursunu davam etdirir.