BAKI, 31 iyul. TELEQRAF
Türkmənistan parlamentinin sədri Dünyagözəl Gülmanova Avropa İttifaqının (Aİ) Aşqabaddakı səfiri Beata Peksa ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər Türkmənistan-Aİ əməkdaşlığının siyasi-iqtisadi və humanitar sahələrdə mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Dayanıqlı inkişaf, energetika, ekologiya, təhsil, elm, nəqliyyat infrastrukturu və ticari-iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Tərəflər birgə təşəbbüslərin həyata keçirilməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında “Mərkəzi Asiya-Avropa İttifaqı” formatının əhəmiyyətini vurğulayıblar.